| |
Geofizika və geologiya İdarəsinin Kompleks Kəşfiyyat
və Topoqrafiya İdarəsi (KGKTİ) may ayı ərzində
"Z.Vəliyev" qazma gəmisi ilə Xəzər dənizinin Rusiya
sektorun Sarmatski və Karçaqin sahələrində
mühəndisi-geoloji qazma işləri aparmışdır. Hazırada
Sarmatski sahəsində işlər davam etdirilir.
ARDNŞ
tərəfindən 2010-cu il üçün təsdiq olunmuş iş
proqramına uyğun olaraq ilin əvvəlindən Xərə-Zirə,
Bulla-dəniz, Babək, Ağburun-dəniz, Qərbi Abşeron
sahələrində mühəndisi-geoloji qazma işləri, o
cümlədən Qoşadaş-Ağburun sahələrində seysmoakustik profilləmə, sonar planalma, batimetriya (dərinlik
ölçü) işləri aparılmışdır. Qeyd olunan işlər
müxtəliftəşkilatlarla bağlanmış müqavilələr əsasında
Ələt-dəniz, Səngəçal-dəniz, Neft Daşları, Darvin
bankası və digər sahələrdə də görülmüşdür.
Göstərilən işlər "Z.Vəliyev", "Ə.Əmirov",
"M.Süleymanov", "Geofizik-2" və "Orion-7" gəmilərilə
yerinə yetirilmişdir.
Mühəndisi-geoloji işlərin aparılmasında məqsəd
hidrotexniki qurğuların (dəniz stasionar
platforması, üzən qazma qurğusu və s.)
quraşdırılacağı sahələrdə dənizdibi relyefin və
eləcə də kəsilişin üst hissəsini təşkil edən
süxurların kompleks şəkildə öyrənilməsindən,
dərinlik qırılmalarının və palçıq vulkanlarının
aşkar edilməsindən, sahənin mühəndisi-geoloji
şəraitinin qiymətləndirilməsindən, götürülmüş süxur
nümunələrinin kompleks fiziki-mexaniki
xüsusiyyətlərinin müəyyənləşdirilməsindən və nəticə
olaraq hidrotexniki qurğuların tikilməsi üçün
münasib sahələrin seçilməsindən ibarətdir.
|
|