az / en

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       GEOFİZİKA  VƏ  GEOLOGİYA  İDARƏSİ

 

      

       Ünvan: Azərbaycan, Bakı

       AZ 1033, H. Əliyev pr 83A

       Tel. : (994 12) 566 64 88

       Fax : (994 12) 514 12 71

       E-mail: office.ggi@socar.az

 

 

  Son xəbərlər

 

     

     1 mart 2010-cu il tarixində Geofizika və geologiya İdarəsində Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş iclas keçirilmişdir. İclası idarənin mülki müdafiə qərargah rəisi Ş.B.Məmmədov açıb, 1 mart Ümumdünya Mülki Müdafiə gününün tarixindən danışaraq, 1931-ci ildə fransalı tibb xidməti generalı Corc Sant- Polun Parisdə “Cenevrə regionu Assosasiyasını” yaratması , Assosiasiyanın sonradan Beynəlxalq Mülki Müdafiə Təşkilatı(BMMT)  adlandırılması və təşkilata üzv olan ölkələrin birinci Baş Məclisinin qərarı  ilə 1972-ci il martın 1-də BMMT-nin nizamnaməsinin qəbul edilməsi və Azərbaycan Respublikasının da 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olduğu haqqında məlumat verdi. O, Beynəlxalq Mülki Müdafiə Təşkilatının rəsmi ad günü sayılan «1 Mart Ümumdünya Mülki Müdafiə Günü»nün 1995-ci ildən başlayaraq, hər il konkret bir mövzuya həsr olunmaqla, bu humanitar təşkilata üzv olan dövlətlərdə müvafiq kütləvi tədbirlərin təşkil olunduğunu və bu il tədbirlərin “ Qəzalarda səhiyyə” mövzusunda keçirildiyini qeyd etdi.

 

 

 

     İclasda İdarənin rəisi V.A.Abdullayev çıxış edərək, mülki müdafiənin rolundan geniş danışdı və GGİ-də mülki müdafiə sahəsində nəzərəcarpacaq dərəcədə irəliləyişlərin olduğunu xüsusi qeyd etdi.  GGİ-nin mülki müdafiə vasitələri ilə təchiz olunmuş tədris otağının və  GGİ-nin “Nəqliyyat və xüsusi texnika İdarəsi"ndəki radiasiyaya qarşı daldalanacağın vəziyyətinin tələblərə uyğun olduğunu vurğuladı. V.A.Abdullayev gələcəkdə mülki müdafiənin tədrisinə və mülki müdafiə tədbirlərinə daha ciddi yanaşmağı, İdarənin struktur bölmələrində tədris otaqlarının təşkili üçün lazımi tədbirlər görməyi tövsiyyə etdi.

   Sonra idarə rəisinin birinci müavini E.İ.Şirinov çıxış etdi və istehsalat qəzalarında, təbii fəlakətlərdə, məişət hadisələrində səhiyyənin , daha doğrusu ilk tibbi yardımın nə dərəcədə vacib olduğu haqqında geniş məruzə etdi. 

    İclasdan sonra “ Qəzalarda səhiyyə” mövzusunda seminar keçirildi və fərdi mülki müdafiə, tibbi və dozimetrik vasitələrin istifadəsi əyani olaraq nümayiş etdirildi.

 

 

 

 

 

    

 

 

© 2007  Geophysics and Geology Department . All rights reserved. Design by Akhmedzadeh E.M.