|
29 yanvar 2010-cu il tarixdə Geofizika və
geologiya İdarəsində 2009-cu il ərzində
əməyin mühafizəsi,
təhlükəsizlik texnikası və ekologiya sahəsində görülmüş işlər barədə yekun
iclas keçirilmişdir.
İclasda struktur bölmələrin
baş mühəndisləri, əməyin mühafizəsi,
təhlükəsizlik
texnikası və ekologiya xidmətlərinin rəhbərləri
və həmkarlar komitələrinin sədrləri iştirak
etmişlər.
İclasda idarənin tabeçiliyində olan
təşkilatların bu sahə üzrə yekun hesabatları
dinlənilmiş,geniş müzakirələr aparılmışdır.
Çıxış
edənlər görülmüş işlərdən, mövcud nöqsanlar,
çatışmazlıqlar və onların aradan qaldırılması
yolları haqqında danışmışlar.

İclasda İdarə rəisinin birinci müavini E.Şirinov
çıxış edərək 2009-cu istehsalat ilində əməyin
mühafizəsi,
təhlükəsizlik texnikası və ekologiya
sahəsində görülmüş işlərdən, GGİ-nin müvafiq
şöbələri tərəfindən yerlərdə aparılmış
yoxlamalar zamanı aşkar edilmiş nöqsan və
pozuntu faktlarından danışaraq bu halların
gələcəkdə baş verməməsi barədə göstərişlər
vermişdir.

Geofizika və geologiya İdarəsinin rəisi
V.A.Abdullayev sonda cıxış edərək, əməyin
mühafizəsi, təhlükəsizlik texnikası
qaydalarına,
təlimatlara riayət olunmasına,bilik
səviyyələrinin yoxlanılmasına ciddi fikir
verilməsini tələb etmişdir.

İdarə rəisi daha
sonra 2010-cu ilin “Ekologiya” ili olduğunu
vurğulayaraq bu sahə üzrə 2010-cu il üçün GGİ
üzrə ətraf mühitin mühafizəsi və təbii
sərvətlərdən səmərəli istifadə edilməsinə dair
nəzərdə tutulmuş tədbirlər planının bütün
bəndlərinin yerinə yetirilməsinə nəzarətin
gücləndirilməsini tövsiyyə etmişdir.



|