KGKTİ “Z.Vəliyev”
qazma gəmisi ilə Xəzər dənizinin Rusiya sektorunda
dekabr ayı ərzində mühəndisi-geoloji qazma işləri
aparmışdır. Qeyd olunan mühəndisi-geoloji qazma
işlərinin aparılmasında məqsəd hidrotexniki
qurğuların (dəniz stasionar platforması, üzən qazma
qurğusü və s.) quraşdırılacağı sahədə kəsilişin üst
hissəsini təşkil edən süxurların kompleks şəkildə
öyrənilməsindən, qaldırılmış süxur nümunələrinin
fiziki-mexaniki xüsusiyyətlərinin
dəqiqləşdirilməsindən, hidrotexniki qurğuların
tikilməsi üçün münasib sahələrin seçilməsindən
ibarətdir.