Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli 340 nömrəli
Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Strukturunun təkmilləşdirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24
yanvar tarixli 844 nömrəli Fərmanına edilmiş əlavə və
dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin 23 dekabr 2005-ci il tarixli 132
nömrəli əmrinə əsasən Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyi yenidən təşkil edilərək onun
bazasında "Geofizika və geologiya" İdarəsi
yaradılmışdır.
Geofizika və geologiya İdarəsi Azərbaycan
Respublikasında və xarici ölkələrdə (müqavilə olduqda)
yer qabığının dərinlik geoloji quruluşunun öyrənilməsi
və dərin kəşfiyyat qazıması üçün lokal strukturların
hazırlanması məqsədilə geofiziki tədqiqat (seysmik,
qravimaqnit və elektrik) işlərinin aparılması, quyu
kəsilişlərinin geofiziki üsullarla tədqiqi, quyuların
perforasiyası, yataqların işlənməsinə geofiziki nəzarət,
neftli-qazlı sahələrdə mühəndisi-geoloji və topoqrafiya
işlərinin aparılması ilə məşğul olur. Geofizika və
geologiya İdarəsinin tərkibinə Mədəngeofizika,
Kəşfiyyatgeofizika, Kompleks geoloji kəşfiyyat və
topoqrafiya İdarələri, Geofizika Elmi-Tədqiqat İnstitutu
və Xüsusi Konstruktor Bürosu daxildir.
1 mart 2010-cu il tarixində Geofizika və geologiya
İdarəsində Ümumdünya Mülki Müdafiə gününə həsr
olunmuş iclas keçirilmişdir. İclası idarənin mülki
müdafiə qərargah rəisi Ş.B.Məmmədov açıb...
ətraflı >>>
2 mart 2010
29 yanvar 2010-cu il tarixdə Geofizika və
geologiya İdarəsində 2009-cu il ərzində
əməyin mühafizəsi,
təhlükəsizlik texnikası və ekologiya sahəsində görülmüş işlər barədə yekun
iclas keçirilmişdir...
ətraflı >>>
12 fevral 2010
2 fevral 2010-cu il Geofizika və Geologiya
İdarəsinin (GGİ) gəncləri bir araya toplanaraq,
gəncliyə böyük qayğı və diqqət göstərmiş Ümummilli
liderimiz Heydər Əliyevin məzarını ziyarət etdilər...
ətraflı >>>
3 fevral 2010
KGKTİ “Z.Vəliyev”
qazma gəmisi ilə Xəzər dənizinin Rusiya sektorunda
dekabr ayı ərzində mühəndisi-geoloji qazma işləri
aparmışdır...
ətraflı >>>
25 yanvar 2010
Azneft İB-nin sifarişi ilə Bahar yatağında 3/11
saylı dəniz özülü ilə Qum-dəniz yatağında 30 saylı
meydança arasındakı mövcud 325 mm-lik uzunluğu 21,5
km olan boru xətti boyunca (21.5 km x 2 km zolaqda)
sualtı tədqiqat (sonar planalma) işlərinin
aparılması...
ətraflı >>>
18 yanvar 2010
Kəşfiyyatgeofizika idarəsi tərəfindən
Lökbatan-Puta-Quşxana sahələrində yerinə yetirilən
2D seysmik işlərin emal və interpretasiyası başa
catdırılmışdır. Quyu və seysmik məlumatların
kompleks təhlili nəticəsində Lökbatan-Puta-Quşxana
yataqlarının və...