SON XƏBƏRLƏR

  •  
  • 07.09.2010
    «Azərikimya» İB-də mülki müdafiə təlimləri uğurla davam etdirilir
  •  
  • 07.09.2010
    Cari ilin səkkiz ayı ərzində ARDNŞ qaz təhvili proqnozlarına artıqlaması ilə əməl etmişdir
  •  
  • 07.09.2010
    ARDNŞ inşa müsabiqəsi elan edir
  •  
  • 07.09.2010
    Kimyaçılar “Neftçilər günü”nə həsr edilmiş iməcilikdə fəal iştirak etmişlər
  •  
  • 06.09.2010
    Akademik Xoşbəxt Yusifzadəyə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzv diplomu təqdim olunmuşdur

    ARXİV

    B.e C.a C C.a C S B
    12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930

    Xəbərlər

    ARDNŞ təqaüdçüləri Azərbaycanı təbliğ edir – Fransanın Nansi Universitetində “Azərbaycan Günü” keçirilmişdir
    [10.03.2010]



    ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təqaüdçülərin oxuduqları ali təhsil müəssisəsində Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halını almışdır. Bunun üçün Dövlət Neft Şirkəti təqaüdçülərini bütün lazımi materiallarla təmin edir, onlara hər cür dəstək verir. Bu məqsədlə Şirkət tərəfindən müvafiq təbliğat diskləri, audio-video materiallar hazırlanaraq bütün tədaüdçülərə göndərilmişdir. Ötən ilin mayında Almaniyanın Berlin Texniki Universitetində Respublika Gününə həsr olunmuş tədbir haqqında ölkə ictimaiyyəti məlumatlandırılmışdır. Bu günlərdə isə Fransanın Nansi Universitetində “Azərbaycan Günü” keçirilmişdir. Tədbirdə Universitetdə təhsil alan, 30-dan artıq ölkəni təmsil edən yüzlərlə tələbə, Universitetin nəzdində fəaliyyət göstərən məktəblərin çoxsaylı nümayəndələri, proqram rəhbərləri, GOCAD simulyasıya proqramı üzrə aparıcı tədqiqatçı-professor və müəllimlər “Azərbaycan Günü”nü ARDNŞ təqaüdçüləri ilə birlikdə qeyd etmişlər. ARDNŞ-nin Baş ofisinin bu tədbir münasibəti ilə Nansi şəhərinə ezam edilmiş təmsilçiləri – Muzey işinin təşkili şöbəsinin rəisi İlqar Əliyev və Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqqətov, habelə ARDNŞ-nin Almaniya Nümayəndəliyinin rəhbəri Elmar Məmmədov və onun referenti Nazim Əliyev “Azərbaycan Günü”ndə təqaüdçülərimizlə birlikdə olmuşlar. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Universitetdə lay mühəndisliyi ixtisası üzrə magistratura təhsili alan Orxan Heydərov, Mehdi Mehdiyev və Tahir Məmmədov Azərbaycanla bağlı hazırladıqları əhatəli təqdimat materialını nümayiş etdirmişlər. Bölmələr üzrə keçirilən təqdimatda Azərbaycanın coğrafiyası, milli simvolları, paytaxtı, tarixi, iqtisadiyyatı, mədəniyyəti, musiqisi, turizm potensialı, neft və qaz sənayesi haqqında ətraflı məlumatlar verilmiş, ARDNŞ-nin fəaliyyət istiqamətləri barədə danışılmışdır. Azərbaycanla bağlı tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır. Təqdimatdan sonra Universitetin foyesində furşet keçirilmişdir. Furşetdə Azərbaycanın milli şirniyyatları, qəlyanaltıları, sərinləşdirici içkiləri təqdim olunmuşdur. Furşet zamanı tədbir iştirakçıları ARDNŞ təmsilçilərinə yaxınlaşaraq, təqaüdçülərimizin təqdimatından razı qaldıqlarını bildirmiş, Fransa və digər Avropa ölkələrində təhsil alan tələbələr ARDNŞ-də işləmək imkanları ilə maraqlanmışlar. Universitet rəhbərliyi də tədbirə etinasız qalmamışdır. ARDNŞ təmsilçiləri ilə söhbətlərində onlar Şirkətin fəaliyyəti ilə yaxından maraqlanmış, yataqların işlənmə modelləri üzrə tədqiqat işlərinin aparılması, tələbələrin hazırlanması və digər sahələrdə Şirkətlə əməkdaşlıq yaradılması haqqında təkliflər irəli sürmüşlər. Furşet zamanı tədbir iştirakçılarına üzərində Azərbaycanın və SOCAR-ın rəmzləri olan xatirə hədiyyələri paylanmışdır. “Azərbaycan Günü” Universitet auditoriyasının böyük marağına səbəb olmuşdur. Bunu tədbirdən sonra ARDNŞ təqaüdçülərinin e-mail ünvanlarına göndərilmiş məktublar da sübut edir.

    338